Hiss – İstəmirəm
Hiss – İstəmirəm performansı ve şarkı sözü
İstəmirəm daha səni görmək
Kim dedi ki, sənə geri dön gəl
Bu sevgi salır bizə kölgə
Getməlisən qabağdadı döngə
1’ci hissə:
Bu qız sənin kölən, deyil qara qulun!
Keçmişimi sat alıram, nədi para pulu?
Olan olub demə! Denən, dünən hara olub?
Məni mənə qaytar ki, mənə qalan odu…
Soyuqluq birdən yox, aram aram olur
Unutmaq, itirib aramadan olur…
Yeni biri gəlir guya yara saran olur, sonra
Yenə yalan olur, yenə-yenə yara olur…
Yerim deyil sənin yanın, yerin deyil yanım
Bu puzzle’da olmadın ki, sən o biri yarım
Bu ürək ona görə köz olub yanır, onu
Doğma olan atıb gedir yad olanlar qalır
Ya dolanım başına de yanında mı qalım?
Ya soyadını daşıyım ya adımda mı qalım? Bunu qəlbimə qoyduğun izlər bilər, səni
İstəmirəm…
2’ci hissə
Qayıt , demə mənə qayıt, bunun ötüb ili
ayı,
Yoxdur daha bizim üçün bu sevginin payı.
Vurduğun o yaraların neçəsini sayım? Denən neçəsini sayım?
Bəlkə də bu belə gözəl, sən
Dərk elə ki, sən daha özəl biri
Deyilsən, nə məndə mən qaldı,
Nə də sən o sən deyilsən.
Unut məni daha unut məni,
Burda hava tutqun, üstümüzə qara bulud gəlir,
Həyat ölüm qalım oyunudu qalan olur qəti,
İndi silah məndədi denən hara vurum dəqiq?
Tək kişilər deyil gang-gang
Yum gözünü çəkim tətiyi bang-bang,
Axı gördükcə səni hirslənirəm, görmək
İstəmirəm…